21-10-2016 14:55
1214
Yaponiyada barmaq izi ilə ödəniş sistemi istifadəyə veriləcək















Yaponiya turistlərə nağd pul və ya kartdan istifadə etmədən birbaşa olaraq ödəniş etmək imkanı verən yeni barmaq izi sisteminin sınağını keçirir.

Yeni ödəniş sistemi 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasına daha çox turist cəlb etmək və bu zaman oğurluq cinayətlərinin qarşısını almaq üçün yaradılır.

Sistemi istifadə etmək üçün turistlər barmaq izlərini, kart və digər bank məlumatlarını hava limanında qeydiyyatdan keçirməli olacaqlar. Bunun nəticəsində turistlər sadəcə barmaq izləri vasitəsilə otel qeydiyyatı üçün ödəniş, şəxsiyyətin müəyyənləşdirilməsi və ya alış-veriş edə biləcəklər.

Yeni sistemin sınaqlarına qoşulmaq üçün artıq 300-dən çox müxtəlif biznes subyektləri, restoran, ticarət mərkəzləri seçilib. Eyni zamanda, Tokio Aeon Bankı sınaqları dəstəkləməyə və barmaq izi ilə işləyən ilk bankomatı istifadəyə verməyə razılıq verib.

 


( 1214 Oxunma )