Məhsul Kodu
Mal Var


 

Моdel Sırası

İstilik nasosu

Modeli             

Məhsuldarlığı,kVt                

           Soyutma        |      İsitmə

ESA30E-25                     0,0        30,0

 

 

 

 

 

İstiliyi havadan suya ötürən istilik nasosu – bu enerjinin təkrar sirkulyasiyası ilə inqilabi bir sistemdir, hansı ki, gündəlik həyatda yaranan istiliyi təkrar istifadə etməklə, ətraf mühitə düşən yükü azaltmış olur.   

İstilik nasosunun köməkliyi ilə cari xərclərin azaldılması

 



MHI ISTILIK NASOSLARI HƏR BIR ISTIFADƏ OLUNAN 1.00 KVT ELEKTRIK ENERJISI ILƏ 4.44 KVT ISTILIK ENERJISI YARADA BILIR KI, BU DA ONU SUYUN ISIDILMƏSININ BÜTÜN ƏNƏNƏVI ÜSULLARINDAN DAHA SƏMƏRƏLI EDIR..



Ətraf mühiin mühafizəsinə  verilən töhfə

MHI yükək texnologiyalarının inteqrasiyası

Mitsubishi Heavy Industries, Ltd. cəmiyyət üçün ekoloji təmiz texnologiyaların yaradılması üzrə daha əhatəli həll yolları təklif edir. İstehsalçı ozon qatının qorunmasının və enerjidən səmərəli istifadənin qayğısıa qalır. Bu həm təşkilatın prinsiplərinə, həm də MHI qurğularının  gələcək istismarına aid edilir. İstilik nasosnalrının işlənib hazırlanmasında Mitsubishi Heavy Industries, Ltd. şirkətin digər daha elmtutumlu sferalarındakı  fəaliyyətində istifadə olunan texnologiyaları tətbiq edib. Bu səbəbdən də, A2W seriyalı istilik nasosları yüksək MHI texnologiyaları sayəsində, həqiqətən, əsl innovasiyalı bir sistemdir. 
   
MHI sosial sferanın bütün spektrlarında ətraf mühitə düşən yükün azaldılması üçün kompleks həll yolları təklif edir.  MHI-nin yüksək texnologiyaları – XXI əsrin eko-cəmiyyəti üçün dayqdı
Q-TON seriyası Unikal soyuducu agent R744 (CO2 – karbon qaz) ilə işləyən yeni “Q-ton” hava istilik nasosunu təqdim edirik. İstilik nasosları Mitsubishi Heavy Industries, Ltd. Mühəndisləri tərəfindən son elmi yeniliklərin və texnologiyaların nailiyyətləri nəzərə alınmaqla, həmçinin, bu tip aqreqatların Yaponiya ərazisində, hansı ki, 2010-2011-ci illərdə hər il 5mln. ədəd müvafiq məişət və kommersiya qurğuları satılmış, praktik istifadəsi təcrübəsinə əsasən işlənib hazırlanıb.

Karbon qazının (CO2) istilik nasosunun buxar kompressoru tsiklində istifadə olunan unikal xüsusiyyətləri sayəsində, Q-ton 60°S-dən 90°S-dək temperaturu olan isti su hazırlamağa qadirdir. Bundan başqa, avadanlıq, şəbəkədə olan suyun istilik nasosuna giriş temperaturunun geniş diapozonu üçün uyğunlaşdırılıb (5°S-dən 63°S-dək).
 
 
 

 

 

Ekologiyaya qayğı

Q-ton istilik nasoslarında soyuducu agent olaraq tətbiq olunan karbonat qazı faktiki olaraq ətraf mühit üçün təhlükəsizdir. O minimum toksinliyə, qlobal istiləşmədə minimum potensiala malikdir, həmçinin, yerin ozon qatına mənfi təsirə malik deyildir. Bununla, istehsalçı müasir sənayenin vacib məsələlərindən birini reallaşdırır və öz korporativ fəlsəfəsinin başlıca prinsiplərini – ekoloji təhlükəni minimuma endirmək, sənayenin ətraf mühitə təsirinin azadılması, planetin bioresurslarına qənaət və qorumanı dəstəkləyir. 

 

Yeni texnologiyalar

Q-ton yeni istilik nasosları seriyasında unikal spiral-rotor "SCROTARY" ikiqat sıxma kompressoru tətbiq olunur, hansı ki, aqreqatın ürəyi hesab olunur və özlüyündə spiral və rotasiyalı kompressorların sintezini təcəssüm etdirir. Bu təkmilləşdirmələr sayəsində MHI yeni istilik nasosları -25°S dərəcə çöl temperaturunda effektli şəkildə işləyə bilər ki, bu da qurğunun istifadə coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirir. Q-ton istilik nasosları üçün COP mövsüm əmsalı (yaz-payız) 4.3 səviyyəsinədək qalxır ki, bu da sahədə ən yüksək göstərici hesab olunur. Dünyada ilk "SCROTARY" tipli 2 pilləli kompressor yüksək səmərəliliyi və xarici iqlimin şərtlərindən (soyuducu agentin yüksək və aşağı işçi təzyiq qiymətləri) asılı olmayaraq sabit göstəriciləri saxlamağa imkan verir.

 

 

İstifadə sferası

Bu, məişət və kommersiya ehtiyacları üçün isti su hazırlanması üzrə müasir və enerji effektli sistemdir.    Q-ton əlavə qurğusundan istifadə etməklə, Rusiyanın bir-çox uyğun iqlimli regionları üçün müvafiq olan səmərəli və etibarlı isitmədə istismar etmək olar. İstilik nasosu orta və böyük ölçülü kommersiya obyektlərində (mehmanxana, otel), həmçinin, sosial təyinatlı obyeklərdə (uşaq bağçaları, məktəblər, mehmanxanalar, sanatoriyalar) istifadə üçün idealdır, lakin, fərdi yaşayış tikililərində də istifadə oluna bilər. ESA30 kompressor bloku nominal məhsuldarlığa malikdir – 30 kVT və 16-lıq tipli moduladək istənilən vahid su xətti şəbəkəsinə, yəni, məhsuldarlığı 480 kvt-dək olan vahid QVS (isitmə) sisteminə   qoşula bilər.

İdarəetmə xüsusi touch-screen panelli kontrollerin köməkliyi ilə həyata keçirilir.

 

 


 








Etiketlər:



807 Oxunma