Məhsul Kodu
Mal Var


 

Моdel Sırası


 

İstilik nasosu

Modeli             

Məhsuldarlığı,kVt                

   Soyutma        |      İsitmə

 

 

3HP

0,0

8,0

3.5 HP

0.0

9.0

6 HP

0.0

16.5

 

 

İSTİLİYİ HAVADAN SUYA ÖTÜRƏN ISTILIK NASOSU – BU ENERJININ TƏKRAR SIRKULYASIYASI ILƏ INQILABI BIR SISTEMDIR, HANSI KI, GÜNDƏLIK HƏYATDA YARANAN ISTILIYI TƏKRAR ISTIFADƏ ETMƏKLƏ, ƏTRAF MÜHITƏ DÜŞƏN YÜKÜ AZALTMIŞ OLUR.   

İSTILIK NASOSUNUN KÖMƏKLIYI ILƏ CARI XƏRCLƏRIN AZALDILMASI

 



MHI ISTILIK NASOSLARI HƏR BIR ISTIFADƏ OLUNAN 1.00 KVT ELEKTRIK ENERJISI ILƏ 4.44 KVT ISTILIK ENERJISI YARADA BILIR KI, BU DA ONU SUYUN ISIDILMƏSININ BÜTÜN ƏNƏNƏVI ÜSULLARINDAN DAHA SƏMƏRƏLI EDIR..



Ətraf mühitin mühafizəsinə  verilən töhfə

MHI yüksək texnologiyalarının inteqrasiyası

Mitsubishi Heavy Industries, Ltd. cəmiyyət üçün ekoloji təmiz texnologiyaların yaradılması üzrə daha əhatəli həll yolları təklif edir. İstehsalçı ozon qatının qorunmasının və enerjidən səmərəli istifadənin qayğısıa qalır. Bu həm təşkilatın prinsiplərinə, həm də MHI qurğularının  gələcək istismarına aid edilir. İstilik nasosnalrının işlənib hazırlanmasında Mitsubishi Heavy Industries, Ltd. şirkətin digər daha elmtutumlu sferalarındakı  fəaliyyətində istifadə olunan texnologiyaları tətbiq edib. Bu səbəbdən də, A2W seriyalı istilik nasosları yüksək MHI texnologiyaları sayəsində, həqiqətən, əsl innovasiyalı bir sistemdir. 
   
MHI sosial sferanın bütün spektrlarında ətraf mühitə düşən yükün azaldılması üçün kompleks həll yolları təklif edir.  MHI-nin yüksək texnologiyaları – XXI əsrin eko-cəmiyyəti üçün dayaqdır.

 

 

 

Mitsubishi Heavy Industries, Ltd. Özünün bütün məhsullarında yüksək texnologiyaları inteqrasiya edir. Şirkətin yeni məhsulların hazırlanması zamanı öz qarşısına qoyduğu başlıca hədəf və məqsəd ətraf mühitin qorunması və enerjiyə qənaətdir. A2W seriyalı yeni hava istilik nasosları MHI-nın məhsullarından biridir ki, minimum enerji sərfiyyatına imkan yaradan ən üstün texnologiya, təhlükəsizlik və istifadənin etibarlılığını özündə cəmlşdirir.

 

 

Texniki xüsusiyyətləri


A2W istilik nasosu – binanın isidilməsi və ya soyudulması, həmçinin, sanitar ehtiyaclar və böyük olmayan binalar üçün isti su əldə edilməsi üzrə müasir sistemdir. Bu, yüksək enerji effektivliyi əmsalına malik təhlükəsiz və qənaətcil qurğudur. İstismar zamanı karbonat qazlarının atmosferə atılması minimuma çatdırılıb. Daxili çənə boyler, suyun isidilməsi üçün spiral, sirkulyasiya nasosu və klimat-kontrol inteqrasiya edilib.

 

MHI məişət istilik nasoslarının model sıraları nominal istilikyaratma gücü  uyğun olaraq  8.0; 9.0 və 16.5 kvt olan  üç xarici invertor bloklardan (FDCW71, 100, 140VNX), iki daxili blokdan (HMA100V, HMS140V) və uyğun olaraq 30, 300 və 500 l-lik üç tip çən – akkumulatordan ibarətdir. FDCW71 və  FDCW100 xarici blokları daxili HMA100V bloku ilə kombinə edilir ki, bu zaman, daxili blokalar 270L həcmli quraşdırılmış çən-akkumulyatora malik olurlar və sanitar ehtiyaclar üçün lazım olan isti suyun həcmindən asılı olaraq üç tip çəndən biri ilə tamamlana bilər.    Bununla, belə görünür ki, MHI istehsalı olan məişət istilik nasoslarının model sırası  5 modeldən ibarətdir ki, sifarişçinin ehtiyacından asılı olaraq sistemi kifayət qədər asan bir şəkildə konfiqurasiya etmək mümkündür.

 

İsilik nasosunun fəaliyyət prinsipi


 A2W istilik nasosu – bu, binalarda isitməni, isti su ilə təminatı və havanın soyudulmasını təmin etməyə  qadir bir sistemdir. İsitmə üçün işləyərkən istilik nasosunun fəaliyyət prinsipi aşağıdakı kimi təsvir etmək olar: 

Xarici blok soyuducu agentin köməkliyi ilə çöl havasından (istilik mənbəyi) istilik enerjisini götürür   Soyuducu agent kompressora daxil olur ki, burada onun sıxılması ilə temperatur artır;

 

  1. İsti soyuducu agent (indi qaz formasında) freon-mayeli daxili blokun istilikötürücüsünə daxil olur;
  2. Soyuducu agent istiliyi suya verir ki, o da sonra onu klimatik sistemin elementlərinə daşıyır;
  3. .      Soyuducu agent (yenə maye halında) xairic bloka qayıdır və dövr təkrarlanır.

Soyutma üçün işlədikdə isə bu prosses əks ardıcıllıqla gedir – soyuducu agent sudan istiliyi götürür, xarici bloka verir sonra isə havaya. Daxili blok, sonra isə havaya. Daxili blok, xarici ötürücülərin göstəricilərini analiz etməklə, xarici bloku nə vaxt qoşmalı olduğunu təyin edir. Əgər xarici blokun təmin edə biləcəyindən çox isti tələb olunursa, daxili blok işə əlavə eletrik isidicisini və ya qoşulmuş olan digər əlavə isidici qurğunu         işə salır.   

 

Üstünlüklər


Kompressorun invertor idarəedilməsi sayəsində aşağı istismar xərcləri.  Kompressorun dövretmə tezliyi istiliyə/soyuğa olan təlabatdan asılı olaraq tənzimləyir. İsitmə üçün işləyərkən sistem bu sahədə ən böyük əmsala malik olur COP - 4,08~4,44*.

 

 

  • İsti su üçün çəni daxili blokun maye istilikötürücüsü ilə birləşdirməklə, blokub yığcam ölçüdə olmasına nail olunmuşdur – altı 600x650mm. Daxili blokun konstruksiyasını dəyişməklə elektrik xətləri və freon boruların sxemi sadələşdirilib.
  • Sistemin isti suyun müntəzəm olmayan və artıq istifadəsini kompensasiya edə bilmək üçün, kifayət qədər isitmə gücü olan isidicidən istifadə olunmaqla, ötürülən suyun maksumal temperaturu 65°S-dir (yalnız kompressordan istifadə olunduqda isə maks 58S-dir. 
  • Konkret ölkənin tələbatından asılı olaraq deinfeksiyanın müxtəlif temperaturlarının verilməsi. 
  • Suyun lazımi təzyiqi və onun keyfiyyəti, çəndən suyun itifadəsi ilə deyil, birbaşa suyun verilməsi ilə saxlanılır, çünki, bu, bakteriyaların yaranması riskini azaltmış olur.
  • Günəş kollektorları da daxil olmaqla, xarici istilik mənbələrinə qoşulma imkanı. Daha ətraflı məlumat montaj üzrə təlimatda verilmişdir.

Günəş isidiciləri də daxil olmaqla, xarici istilik mənbələrinə qoşulma imkanı.

 

 

 

 

 








Etiketlər:



1053 Oxunma